DÜNYA

19 İyul

İspaniyadan "Apple" və "Amazon"a cərimə

İspaniyanın Milli Rəqabət Şurası (CNMC) ABŞ-ın Apple və Amazon şirkətlərini onlayn bazarda rəqabəti məhdudlaşdırdığına görə ümumilikdə 194 milyon 150 min avro cərimələyib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, “Apple”ı 143 milyon 640 min avro, “Amazon”u isə 50 milyon 510 min avro cərimələdiyi açıqlanıb.

Apple məhsullarının pərakəndə satışı üçün İspaniyada Amazon saytından istifadə edən satıcıların 90%-dan çoxunun, Apple və Amazon arasındakı protokol səbəbiylə İspaniyadakı onlayn əsas bazardan kənarlaşdırıldığı bildirildi. Amazonda satış əhəmiyyətli bir satış kanalını itirdi.

Zəminə Hüseyn
Fins.az