ABŞ administrasiyası kiberhücumlara qarşı daha təhlükəsiz ağıllı cihazları müəyyən etmək üçün Amazon, Best Buy, Google, LG Electronics USA, Logitech və Samsung Electronics kimi şirkətlərlə Kiber Təhlükəsizlik Etiketləmə Proqramını elan etdi.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, amerikalı istehlakçılara daha təhlükəsiz və kiberhücumlara daha az həssas olan ağıllı cihazları daha asan seçməkdə kömək edəcək yeni proqramın təfərrüatları paylaşılıb.
Açıqlamada, ABŞ Cyber Trust Mark-ın soyuducu, mikrodalğalı soba, televizor, iqlim nəzarət sistemləri, fitnes cihazları kimi geniş istifadə olunan ağıllı cihazlarda kibertəhlükəsizlik zolağının yüksəldəcəyi ifadə edildi.
Federal Rabitə Komissiyasının (FCC) 2024-cü ildə fəaliyyətə başlaması gözlənilən Kibertəhlükəsizlik Etiketləmə Proqramının tətbiqi ilə bağlı ictimai şərh alması gözlənilir.
Zəminə Hüseyn
Fins.az