DÜNYA

19 İyul

Tata Group Böyük Britaniyaya 4 milyard funt sterlinq sərmayə qoyacaq

Hindistanda yerləşən Tata Group-un Böyük Britaniyadakı elektrik avtomobil akkumulyatoru fabrikinə 4 milyard funt sterlinq sərmayə qoyacağı açıqlanıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, fabrik investisiyasının 4000 birbaşa iş yeri yaratması gözlənilsə də, fabrikin 2030-cu ilə qədər ehtiyac duyulan batareya istehsalının yarısını qarşılayacağı hesablanır.

Tata Group-un bu investisiyası şirkətin Hindistandan kənarda ilk böyük sərmayəsidir. Bundan əlavə, fabrikin gücünün 40 giqavat-saatla Avropanın ən böyük elektrik avtomobil akkumulyatoru zavodlarından biri olacağı gözlənilir.

2026-cı ildə istehsala başlayacaq fabrik JLR-nin elektromobil akkumulyator modellərini, o cümlədən Range Rover, Defender, Discovery və Jaguar markalarını təmin edəcək.

Zəminə Hüseyn
Fins.az