DÜNYA

19 İyul

Qatar Energy 2022-ci ildə xalis mənfəətini 42,5 milyard dollara çatdırıb

Qatar Energy Company (Qatar Energy) 2022-ci ildə keçən ilə nisbətən xalis mənfəətini 58 % artırıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, şirkətin açıqladığı maliyyə məlumatlarına görə, Qatar Energy-nin 2021-ci ildə 26,9 milyard dollar olan xalis mənfəəti 2022-ci ildə 42,5 milyard dollara çatıb.

Qətər 2022-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracatında 80,1 milyon tonla ABŞ və Avstraliyanı geridə qoyaraq bu sahədə birinci olub.

Zəminə Hüseyn
Fins.az