Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz azalaraq 69,9 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Türkmənistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,3 faiz azalaraq 13,9 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.