ABŞ Federal Ehtiyat Sistemi (FED) iyun ayı üçün sənaye istehsalı və potensialdan istifadə məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da sənaye istehsalı iyun ayında aylıq 0,5 % azalaraq ikinci aydır ki, enişini davam etdirir.
Bazar gözləntiləri sənaye istehsalının bu dövrdə sabit qalması idi. May ayında sənaye istehsalı da 0,5 % azalıb.
İyun ayında emal sənayesi istehsalı da aylıq bazda 0,3% azalıb. Gözləntilər bu dövrdə emal sənayesi istehsalının dəyişməyəcəyi idi.
Zəminə Hüseyn
Fins.az