DÜNYA

18 İyul

Humanis, Çinə əczaçılıq məhsulları ixrac edən ilk şirkət oldu

Türkiyənin ən sürətlə inkişaf edən dərman şirkətlərindən biri olan Humanis, Çinə ixracat üçün ilk addımı atdı.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, 2010-cu ildə təxminən 200 milyon dollarlıq sərmayə ilə dərman sənayesinə güclü bir giriş edən Humanis, Türkiyənin ən sürətlə böyüyən dərman şirkətlərindən biridir.

Humanis şirkətinin baş direktoru Yunus Sancak, Almaniya, İngiltərə, İtaliya və İspaniya kimi ölkələr də daxil olmaqla, ümumilikdə 3 qitədə 25 ölkəyə ixrac etdiklərini ifadə edib.

Zəminə Hüseyn
Fins.az