DÜNYA

18 İyul

Türkiyədən Fransaya avtomobil sənayesi məhsullarının ixracı 43% artıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Fransaya avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz artaraq 2,1 milyard dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Fransaya avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,2 faiz artaraq 399,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 8,7 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 33,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.