DÜNYA

18 İyul

Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracını artırıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Rusiyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 146,8 faiz artaraq 376,4 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Rusiyaya elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 76,8 faiz artaraq 59,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.