DÜNYA

18 İyul

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı əsas faiz dərəcəsini artıra bilər

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı iyun ayında inflyasiya proqnozu əhəmiyyətli dərəcədə yaxşılaşana qədər monetar siyasətini mərhələli şəkildə sərtləşdirməyə davam edəcəyini bildirmişdir.

Fins.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, iyulun 20-də keçirilən iclasın nəticələrinə əsasən, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcəsini 16,5-17 faizədək artıracağını elan edə bilər.

Tənzimləyici biznes sektorunu dahada çətin vəziyyətə salmaq istəmir.

İyunun 22-də iki ildən artıq müddətdə ilk dəfə olaraq tənzimləyici əsas dərəcəsi 8.5%-dən 15%-ə qaldırdı. Analitiklər 21% səviyyəsinə qədər artım ehtimal edirdilər. Eyni zamanda Türkiyənin milli valyutası - lirənin dəyəri dollar qarşısında tarixi minimumunu yeniləyib və ilk dəfə olaraq bir dollar üçün 26 lirəlik psixoloji həddi keçib.