Bank of America Securities (BofA) iqtisadçıları Türkiyə ilə bağlı hazırladıqları hesabatda inflyasiya proqnozlarını yuxarıya doğru dəyişiblər.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, BofA Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) bu həftəki iclasında 500 baz bəndinə qədər faiz artımı gözlədiyini açıqlayıb.
Lirənin ucuzlaşması, minimum əmək haqqının 34 faiz artması, ÖTV və ƏDV dərəcələrinin artması ilə əlaqədar olaraq 2023-cü il üçün inflyasiya proqnozu 44 faizdən 58 faizə qaldırılıb.
Zəminə Hüseyn
Fins.az