DÜNYA

18 İyul

Çində metal qiymətləri ucuzlaşdı

Çində proqnozların altında açıqlanan ikinci rübün ÜDM göstəriciləri tələbin zəifləməsi narahatlıqlarını artırdı və aparıcı metalların qiymətləri ucuzlaşdı.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda 3 aylıq misin fyuçerslərinin qiyməti 1.25% ucuzlaşaraq 8564$-a düşdüyü halda, Şanxayda misin avqust fyuçersinin qiyməti 0.7% geriləyərək 68 940 yuan/tona (9 617.61$) düşüb.

LME-də alüminiumun qiyməti 1.36% dəyər itirərək 2 245.50 dollar/tona düşüb. Həmçinin, qalay qiymətləri 0.85%, sink 1.33%, qurğuşun 0.2% və nikel 1.48% ucuzlaşıb.