Türk Hava Yollarının (THY) hava yük markası olan Turkish Cargo may ayında dünyanın aparıcı hava yükdaşıyıcıları arasında üçüncü yeri tutub.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Dərnəyi IATA-nın açıqladığı aylıq məlumatlara əsasən, keçən ilin eyni dövründə beşinci sırada olan Turkish Cargo, Amerika, Avropa və Uzaq Şərqin ən böyük markalarını geridə qoyub.
Turkish Cargo, yürüş tonajını əvvəlki aya görə 17% artıraraq, bazar payını 4,7%-dən yüzdə 5,4%-ə yüksəlib.
Zəminə Hüseyn
Fins.az