DÜNYA

17 İyul

Çin gözləntilərin altında böyüyüb

Çinin ikinci rübündə ümumi daxili məhsul əvvəlki rüblə müqayisədə 0,8 %, keçən ilin eyni dövrü ilə müqayisədə isə 6,3 % artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçıların 7,3 faizlik təxminləri ilə müqayisədə bu, gözləntilərdən aşağı düşüb.

Birinci rübdə ÜDM əvvəlki rüblə müqayisədə 2,2 % və illik 4,5 % artıb.

Zəminə Hüseyn
Fins.az