DÜNYA

17 İyul

Taxıl sazişinin müddəti uzadılacaqmı?

Dörd dəfə uzadılan Taxıl Sazişinin müddəti bu gün başa çatır. 

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, müqaviləyə əsasən taxıl daşıyan sonuncu gəmi ötən gün Ukraynanı tərk edib.

Rusiya ötən ilin fevralında ölkənin Qara dəniz limanlarını blokadaya alıb. Nəticədə qlobal taxılın qiyməti kəskin artıb.

Rusiya və Ukrayna dünyanın ən böyük taxıl ixracatçıları sırasındadır. Müqavilə qüvvəyə mindiyi gündən bəri Ukrayna təxminən 33 milyon ton qarğıdalı, buğda və digər taxıl məhsulları ixrac edib.