Yaponiyanın Baş nazir Kişida Fumio Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanında investisiya naziri Xalid əl-Falih ilə görüşüb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və Yaponiya bərpa olunan enerji, texnologiya və kənd təsərrüfatı üzrə 26 saziş və protokol imzalayıb.
Nazir Falih bildirib ki, imzalanan saziş və protokollar iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsinə və tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.
Zəminə Hüseyn
Fins.az