Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında İrana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq 254,6 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 19,9 faiz azalaraq 45,1 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14,6 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 2,4 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.