DÜNYA

14 İyul

ABŞ banklarının ikinci rübdə mənfəətləri artıb

ABŞ bankları JPMorgan və Wells Fargo-nun ikinci rübdə mənfəəti yüksək faiz gəlirləri fonunda artıb.

Fins.az bu barədə "Dünya Gazetesi"nə istinadən xəbər verir.

ABŞ-ın ən böyük investisiya bankı olan JPMorgan-ın ikinci rübdə mənfəəti müştərilərdən yüksək faiz ödənişləri və First Republic Bank-ın alınması ilə 67% artıb.

JPMorgan ikinci rübdə 14,47 milyard dollar və ya hər səhm üçün 4,75 dollar mənfəət əldə edib, keçən ilin eyni dövründə 8,65 milyard dollar və ya hər səhm üçün 2,76 dollar olub.

Wells Fargo Co-nun ikinci rübdəki mənfəəti müştərilərdən daha yüksək faiz ödənişləri ilə 57% artdı.

Zəminə Hüseyn
Fins.az