DÜNYA

14 İyul

Almaniyada 14 milyard dollarlıq tenderin qalibi neft şirkətləri olub

Neft şirkətləri "BP" və "TotalEnergies" Almaniyada tikiləcək 14 milyard dollarlıq (12.6 milyard avro) dəniz külək stansiyası üçün tenderin qalibi olub.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ümumi gücü 7000 meqavat olan dörd dəniz külək elektrik stansiyası üçün tender keçirilib.

Sözügedən tenderlərlə Almaniya Şimal və Baltik dənizlərində tikiləcək layihələrə 14 milyard dollar ayırıb.

Britaniyanın enerji şirkəti "BP" iki fərqli tenderdə 4000 meqavatlıq dəniz külək enerjisi layihəsini qazandı.

Fransanın "TotalEnergies" neft şirkəti isə iki ayrı tenderlə 3000 meqavatlıq layihənin tikintisi hüququnu əldə edib. "TotalEnergies" öz bəyanatında bildirdi ki, 3000 meqavatlıq dəniz külək enerjisi gücü üç milyon ev təsərrüfatını yaşıl enerji ilə təmin edəcək.