DÜNYA

14 İyul

Türkmənistana polad məhsulları ixracı 59 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkmənistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz artaraq 59,5 milyon dollara çatdırıb.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyun ayında Türkiyə Türkmənistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 45,1 faiz artaraq 15,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.