DÜNYA

14 İyul

ABŞ-da istehsalçı inflyasiyası da gözləntilərin altındadır

ABŞ-da istehsalçı qiymətləri illik bazda son üç ilin ən yavaş artımını qeyd edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında ABŞ-da istehsalçı qiymətləri illik müqayisədə 0,1 % artıb.

İqtisadçılar artımın 0,4% olacağını gözləyirdilər.

Aylıq bazda isə 0,1 % artım qeydə alınıb. Gözlənti 0,2 % olaraq təyin olunmuşdu.

Zəminə Hüseyn
Fins.az