DÜNYA

13 İyul

İyun ayında OPEC-in neft hasilatı artıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı hesabata görə, neft hasilatı iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 91 min barrel artaraq 28 milyon 190 min barelə çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, hasilatın ən böyük artımı İran və İraqda müşahidə olunub.

İranda gündəlik neft hasilatı 56 min barrel artaraq 2 milyon 754 min barelə, İraqda isə 54 min barrel artaraq 4 milyon 181 barelə çatıb.

Səudiyyə Ərəbistanında neft tədarükü keçən aya nisbətən gündəlik 22 min barel artaraq 9 milyon 998 min barrelə çatıb. İyun ayında OPEK-in xam neft hasilatının artmasına baxmayaraq, onun dünya üzrə ümumi hasilatdakı payı 27,9 faizə qədər azalıb.

Qlobal neft hasilatı ötən ay gündəlik 600 min barrel artaraq təxminən 101 milyon 200 min barrelə çatıb. Sözügedən dövrdə OPEC-ə daxil olmayan ölkələrin hasilatı gündəlik 73 milyon barrelə yüksəlib.

Zəminə Hüseyn
Fins.az