DÜNYA

15 İyul

Cənubi Koreya faiz dərəcələrini sabit saxlayıb

Cənubi Koreya Mərkəzi Bankı gözləntilərə uyğun olaraq faiz dərəcələrini dəyişməyərək 3,5 % səviyyəsində saxlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bank yanvar ayında sonuncu faiz artımından sonra ardıcıl dördüncü dəfə faiz dərəcələrini dəyişməyib.

Cənubi Koreya Mərkəzi Bankı avqustdan sonra inflyasiyanın 3 faiz civarında artacağını proqnozlaşdırır.

Cənubi Koreyada inflyasiya səviyyəsi iyun ayında 2,7 faizlə 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb.

Zəminə Hüseyn
Fins.az