DÜNYA

13 İyul

Çindən Türkiyə limanlarına 6 milyon tona yaxın yük daşınıb

2023-cü ilin yanvar-iyun aylarında Çindən Türkiyə limanlarına 5 milyon 965 min 788 ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 43 min 462 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 5 milyon 764 min 739 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 157 min 587 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Çindən 1 milyon 181 min 117 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub.

Bununla yanaşı, 2023-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 991 min 490 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 194 milyon 518 min 498 ton yük qəbul edib.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 375 min 119 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 180 milyon 143 min 379 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 926 min 267 ton transit yük daşınıb.