Tesla və SpaceX-in baş direktoru İlon Mask yeni süni intellekt şirkəti xAI-ni işə salıb.
Fins.az "Bloomberg" ə istinadən xəbər verir ki, şirkətin internet saytında verilən açıqlamada qeyd olunub ki, xAI-nın məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır.
Açıqlamada, komandanın süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, innovativ üsullarla təhlili təqdim etdiyi və bu sahədə ən böyük irəliləyişlərin inkişafına öncülük etdiyi bildirilib.
Mask aprel ayında Microsoft və Google tərəfindən hazırlanmış süni intellekt chatbotlarına meydan oxumaq üçün "TruthGPT" adlandırdığı platformanı işə salacağını açıqlamışdı.
Zəminə Hüseyn
Fins.az