DÜNYA

13 İyul

ABŞ çip istehsalçısı "Nvidia"dan "Recursion"a 50 milyon dollarlıq investisiya

ABŞ-ın çip istehsalçısı "Nvidia", dərmanların kəşfi üçün süni intellekt modellərinin inkişafını sürətləndirmək üçün biotexnoloji şirkəti "Recursion"a 50 milyon dollar sərmayə qoyacaq.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, şirkətin açıqlamasında, "Nvidia" "Recursion"un bulud platformasında süni intellekt modellərini işlətmək üçün 23.000 terabaytdan çox bioloji və kimyəvi məlumat dəstlərindən istifadə edəcəyi ifadə edilib.

İnvestisiya xəbərlərindən sonra Nasdaq birjasında satılan "Recursion"un səhmləri 115 faizdən çox dəyər qazanıb.

Zəminə Hüseyn
Fins.az