DÜNYA

12 İyul

İngiltərə Bankı: Ölkədə 1 milyon insanın ev krediti borcu ayda ən az 500 sterlin artacaq

İngiltərə Bankı Maliyyə Sabitliyi Hesabatını açıqlayıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, İngiltərə Bankı (BoE) ölkədə 1 milyon insanın aylıq ipoteka ödənişlərinin 2026-cı ilin sonuna qədər ayda ən azı 500 funt sterlinq artacağının gözləndiyini bildirib.

İngiltərədə artan siyasət faizinə görə orta hesabla 2 illik sabit kredit faiz dərəcəsi 6,66 %-dan 6,70%-ə yüksəldi. Beləliklə, ölkədə orta hesabla 2 illik sabit ipoteka krediti faizi 2008-ci ilin avqustundan bəri ən yüksək həddə çatıb.

5 illik sabit mənzil krediti faiz dərəcəsi 6,17%-dən 6,20%-ə yüksələrək keçən ilin oktyabr ayından bəri ən yüksək səviyyədir. 

Zəminə Hüseyn
Fins.az