ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının gələn ilin son rübünə qədər gözlənilən azalmasının neft qiymətlərinə yuxarı təzyiq göstərdiyini bildirib.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatından ibarət OPEC+ qrupunda tədarükün kəsilməsi səbəbindən Brent markalı neftin barel qiyməti ilin sonuna qədər yüksəlməyə davam edəcək.
OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrin qlobal neft tələbatının artması və 81 dollara yüksəlməsi gözlənilir.
Bu ilin ilk yarısında gündəlik orta hesabla 600 min barel artan qlobal neft ehtiyatlarının ilin ikinci yarısında gündəlik orta hesabla 700 min barrel azalması gözlənilir. Gələn ilin ilk üç rübündə gündəlik orta hesabla 400 min barel azalması gözlənilən ehtiyatların, gələn ilin son rübündə gündəlik orta hesabla 100 min barrel artması gözlənilir.
Bu kontekstdə Brent markalı neftin orta barel qiymətinin 79,34 dollar, Qərbi Texas tipli (WTI) xam neftin orta barel qiymətinin isə 74,43 dollar olacağı proqnozlaşdırılır.
Gələn il Brent markalı neftin orta barel qiymətinin 83,51 dollar, WTI tipli xam neftin orta barel qiymətinin isə 78,51 dollar olacağı gözlənilir.
Zəminə Hüseyn
Fins.az