DÜNYA

12 İyul

Türkiyə bu ilin ilk yarısında 1,69 milyard dollarlıq meyvə - tərəvəz ixrac edib

Türkiyənin ilin ilk yarısındakı ixracatı ilə bağlı məlumat verən Gürüz, "Türkiyənin təzə meyvə-tərəvəz ixracatı 2023-cü ilin ilk yarısında 17% artımla 1 milyard 690 milyon dollar səviyyəsinə çatıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, ən çox ixrac edilən məhsul pomidor olub.

Gürüz, 6 ayda beynəlxalq bazarlarda 2 milyon 277 min ton məhsul qiymətləndirdiklərini ifadə edərək söyləyib:

"Sənayemizin ən çox ixrac etdiyi məhsullar pomidor, naringi və bibər olub. Bu dövrdə 32 % artımla 326 milyon dollarlıq pomidor, 35 % artımla 228,4 milyon dollarlıq naringi, 51% artımla 180,2 milyon dollarlıq bibər ixrac etmişik."

Onu da əlavə edib ki, meyvə-tərəvəz ixracatında ən böyük bazarlarımız Rusiya, Rumıniya və Almaniya idi. 

Zəminə Hüseyn
Fins.az