DÜNYA

12 İyul

Türkiyənin Qırğızıstana polad məhsulları ixracı azalıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Qırğızıstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 78,2 faiz azaldaraq 2,4 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Qırğızıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 92,6 faiz azalaraq 209,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.