DÜNYA

11 İyul

Almaniyada investor güvənində azalma davam edir

Mərkəzi ofisi Almaniyanın Mannheim şəhərində yerləşən Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) institusional investorların və analitiklərin gələcək 6 ay üçün gözləntilərini ölçən ZEW İqtisadi Güvən İndeksinin iyul ayı nəticələrini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, indeks iyul ayında bir əvvəlki ayla müqayisədə 6,2 bal azalıb.

İyun ayında mənfi 8,5 bənd olan indeks bu ay mənfi 14,7 punkta düşüb. Bazarın gözləntiləri aprel ayında indeksin mənfi 10,5 bəndədək enməsi idi. Beləliklə, indeks 2022-ci ilin dekabrından bəri ən aşağı dəyərinə çatıb.

Zəminə Hüseyn
Fins.az