DÜNYA

11 İyul

Türkiyədə sənaye robotlarının sayı 50% artıb

"Universal Robots"un CEO-su Kim Povlsen Türkiyədə və dünyada robototexnika sahəsində baş verənləri dəyərləndirib.

Fins.az bu barədə "Dünya Gazetesi"nə istinadən xəbər verir.

"Universal Robots"un qlobal bazar payının 40 faiz olduğunu qeyd edən Kim Povlsen çıxışını belə davam etdirib:

“2021-ci ildə Türkiyədə quraşdırılan sənaye robotlarının sayı keçən ilə nisbətən 50 %artaraq qlobal miqyasda 16-cı yerdə qərarlaşıb. Bu dərəcələr Türkiyənin gələcək avtomatlaşdırma potensialına işarə edir. Önümüzdəki dövrlərdə Türkiyə bazarı da təqibimizdə olacaq."

Onu da əlavə edib ki, Türkiyədə avtomatlaşdırma meylinin yüksək olduğu sənayelər avtomobil və metal sektorlarıdır. 

Zəminə Hüseyn
Fins.az