ABŞ Ticarət Nazirliyi may ayı üçün topdansatış ehtiyatları və satış məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, may ayında ABŞ-da topdansatış ehtiyatları gözləntiləri üstələyərək dəyişməyib.
Müvafiq olaraq, topdansatış ehtiyatları may ayında əvvəlki ayla müqayisədə dəyişməyərək 913,7 milyard dollar olub. Sözügedən məlumatlar üçün gözlənti 0,1 % azalma idi. Topdansatış ehtiyatlarındakı dəyişiklik də aprel ayında mənfi 0,3 % olaraq yenidən nəzərdən keçirilib.
Ehtiyatlar may ayında keçən ilin eyni dövrünə görə 3,7%artıb.
Eyni dövrdə ölkədə topdansatış satışlar əvvəlki ayla müqayisədə 0,2 % azalaraq 650,2 milyard dollar olub. Topdan satışlar üçün bazar gözləntisi bu dövrdə 0,3 % artım olacağı idi. Aprel ayında topdan satışlar dəyişməyib.
Eyni dövrdə topdan satışlar da illik müqayisədə 4 % azalıb.
Zəminə Hüseyn
Fins.az