DÜNYA

10 İyul

İraq və "TotalEnergies" 27 milyard dollarlıq enerji müqaviləsi imzalayıb

İraq və Fransanın TotalEnergies neft şirkəti 27 milyard dollarlıq enerji müqaviləsi imzalayıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, layihədə İraq 30%, TotalEnergies 45% və QatarEnergy 25% paya sahib olacaq.

Təbii Qaz İnkişafı İnteqrasiya Layihəsi (GGIP) adlı layihə ilə üç neft yatağından çıxan tullantı qazı təbii qaz elektrik stansiyalarında istifadəyə veriləcək və elektrik enerjisi istehsal olunacaq.

Bundan əlavə, Bəsrə əyalətində 1 QVt quraşdırılmış gücü olan günəş elektrik stansiyası və dəniz suyunu təmizləyən qurğu yaradılacaq. Bəsrədəki Ratavi neft yatağının hasilat gücü də artırılacaq.

Layihənin yayda başlanacağı və növbəti dörd il ərzində 10 milyard dollar investisiya olacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az