Goldman Sachs-ın hesabatında Hindistan iqtisadiyyatının 2075-ci ilə qədər ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, mütəxəssislər proqnozun reallaşması üçün işçi qüvvəsinin iştirak nisbətinin artırılmasının zəruriliyinə diqqət çəkiblər.
Bu gün Hindistan Almaniya, Yaponiya, Çin və ABŞ-dan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır.
Son hesabatda investisiya bankı bildirib ki, ölkədə artan əhali ilə yanaşı, innovasiya və texnologiya sahəsindəki irəliləyiş onun daha yüksək kapital qoyuluşu və işçilərin məhsuldarlığı ilə bağlı proqnozlarında təsirli amillər olub.
Zəminə Hüseyn
Fins.az