Dünya Ticarət Təşkilatından əldə edilən məlumatlara görə, 2022-ci ildə dünya miqyasında cəmi 13,9 milyard dollarlıq qənnadı məmulatları ixracı həyata keçirilib.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, qlobal miqyasda edilən 32,7 milyard dollarlıq ixracatın 841 milyon dollarının bir hissəsi Türkiyəyə məxsusdur.
İraq 147 milyon dollarla Türkiyənin qənnadı məhsulları ixracat siyahısında birinci yerdədir. Siyahıda 12,5 milyon dollarlıq payla Səudiyyə Ərəbistanı yer alıb. Şokolad sektorunda isə 173 milyon dollarla siyahının başında ABŞ gəlir. Siyahıda Səudiyyə Ərəbistanı 3,7 milyon dollarlıq payla seçilir.
Səudiyyə Ərəbistanı 2022-ci ildə şokolad və qənnadı sektorunda cəmi 622 milyon dollar idxal edib.
Zəminə Hüseyn
Fins.az