DÜNYA

09 İyul

Türkiyədə iyun ayında qeydiyyatda olan işsizlərin sayı azalıb

İşkurda qeydiyyatda olan işsizlərin sayı iyun ayında bir əvvəlki ayla müqayisədə 0,7 % azalaraq 2 milyon 601 min 582 nəfər olub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qeydiyyatda olan işsizlərin sayı il ərzində qadınlarda 24,9 %, kişilərdə isə 29,2 % azalıb.

İllik bazda keçən ilin iyun ayında 1 milyon 744 min olan qeydiyyatda olan işsiz qadınların sayı bu ilin iyun ayında 1 milyon 300 minə düşüb. Azalma 24,9 % olaraq qeydə alınıb.

1 milyon 823 min olan qeydli işsiz kişi sayı 1 milyon 291-ə düşərkən, cəmi illik bazda azalma 27,1 % olaraq qeyd edildi.

Zəminə Hüseyn
Fins.az