DÜNYA

06 İyul

Türkiyə Mərkəzi Bankının ehtiyatları 108,6 milyard dollara yüksəlib

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) tərəfindən Həftəlik Pul və Bank Statistikaları açıqlanıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bankın cəmi ehtiyatları 1 milyard 26 milyon dollar artaraq 108 milyard 587 milyon dollara çatıb.

Ümumi valyuta ehtiyatları 909 milyon dollar artaraq 67 milyard 155 milyon dollar olub.

Sözügedən dövrdə qızıl ehtiyatları 117 milyon dollar artaraq 41 milyard 432 milyon dollara yüksəlib.

Zəminə Hüseyn
Fins.az