DÜNYA

06 İyul

Dünya əhalisi 8 milyarda çatdı

Dünya əhalisinin 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatacağı təxmin edilirdi.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min 337 nəfərlə Çin, ikinci yerrdə 1 milyard 417 milyon 173 min 173 nəfərlə Hindistan və üçüncü yerdə 338 milyon 289 min 857 nəfərlə ABŞ gəlir.

Bu 3 ölkə dünya əhalisinin 39,9 faizini təşkil edirdi.

Türkiyə 85 milyon 279 min 553 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yerdədir və dünya əhalisinin yüzdə 1,1-lik payına malikdir.

Ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupu uşaq sayının nisbəti təhlil edildikdə, 2022-ci ildə ən çox uşaq əhali nisbətinə malik ölkə 55,8 faizlə Mərkəzi Afrika Respublikası olub. Bu ölkəni 55,6 faizlə Niger, 54,3 faizlə Çad izlədi.

Uşaq sayının ən aşağı olduğu ölkə 14,2 faizlə Koreya Respublikası, 14,3 faizlə Yaponiya və Sinqapur, 15,3 faizlə İtaliya və Monako olub.

Zəminə Hüseyn
Fins.az