DÜNYA

06 İyul

ABŞ-da fabrik sifarişləri gözləntilərin altında artıb

ABŞ Ticarət Departamenti may ayı üçün fabrik sifarişlərinin məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, fabrik sifarişləri may ayında 0,3 % artaraq bazar gözləntilərindən aşağı olub.

Bazar gözləntilərinin altında artan fabrik sifarişlərinin bu dövrdə 0,8% artması gözlənilirdi. Aprel ayında fabrik sifarişləri də 0,3 % artıb.

Sözügedən dövrdə davamlı istifadə olunan mallar üzrə sifarişlər 1,8 % artıb, qeyri-davamlı mallar üzrə sifarişlər isə 1,2 % azalıb.

Zəminə Hüseyn
Fins.az