DÜNYA

05 İyul

Avrozonada may ayında İstehsalçı Qiymətləri İndeksi azalıb

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın may ayı üçün  İstehsalçı Qiymətləri İndeksi (ÜFE) məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, indeks may ayında aylıq bazda 1,9 % azalıb.

Məlumata görə, Aİ-də ÜFE may ayında əvvəlki ayla müqayisədə 1,8 %, keçən ilin may ayına nisbətən isə 0,5 % azalıb.

Avrozonada isə may ayında ÜFE aylıq bazda 1,9%, illik bazda isə 1,5% azalıb.

Zəminə Hüseyn
Fins.az