DÜNYA

05 İyul

Türkiyədə inflyasiya gözləntilərin altında reallaşıb

Türkiyə Statistika Təşkilatı iyun ayı istehlakçı və istehsalçı inflyasiya məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, inflyasiya gözləntilərin altında reallaşıb.

İyun ayında istehlak qiymətləri indeksi aylıq 3,92 % olub. Aylıq inflyasiyanın 4,30 % olacağı gözlənilirdi.

İllik əsasda inflyasiya 38,21 % təşkil edib. May ayında illik inflyasiya 39,59 % təşkil edib. İyun ayı üçün illik inflyasiya gözləntisi 38,85 % olub.

Zəminə Hüseyn
Fins.az