DÜNYA

04 İyul

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlayıb

Avstraliya Ehtiyat Bankını(RBA) faiz dərəcəsini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bankın verdiyi açıqlamaya görə, göstərici faiz dərəcəsi 4,10% səviyyəsində saxlanılıb.

Analitiklər 25 baz bəndlik faiz artımını gözləyirdilər.

Açıqlamada deyilir ki, faiz dərəcələrinin bu ay sabit saxlanılması qərarı Pul Siyasəti Komitəsinə iqtisadiyyatın vəziyyətini, iqtisadi perspektivləri və bununla bağlı riskləri qiymətləndirmək üçün daha çox vaxt verəcək.

Zəminə Hüseyn
Fins.az