Türkiyənin ümumi neft və neft məhsulları idxalı aprel ayında keçən ilin eyni ayına görə yüzdə 10,9% azalaraq 3 milyon 537 min 478 ton olub.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Enerji Bazarını Tənzimləmə Qurumunun aprel ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı 33,7% azalaraq 1 milyon 998 min 739 ton olub.
Bu dövrdə dizel növlərinin idxalı 61% artaraq 1 milyon 57 min 792 tona yüksəldi.
Onu da qeyd edək ki, idxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Leyla Fikrətqızı
Fins.az