DÜNYA

01 İyul

Kooperativlərə 42,3 milyon dəstək

Ticarət Nazirliyi tərəfindən həyata keçirilən Kooperativlərə Dəstək Proqramı (KOOP-DES) çərçivəsində üzvlərinin əksəriyyəti qadın olan və qadın əməyinin qiymətləndirilməsini hədəfləyən kooperativlərə 3 il ərzində 42,3 milyon lirə qrant verilib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kooperativlər haqqında qanuna görə, kooperativlərin yaradılması və nizamnaməsinə dəyişiklik edilməsi üçün nazirlikdən icazə alması tələb olunur. Bu çərçivədə 2022-ci ildə Nazirlik tərəfindən 109 kooperativ yaradılması icazəsi və 530 kooperativ nizamnaməsinə dəyişiklik icazəsi işlənib və əməliyyatlar Kooperativ İnformasiya Sistemində (KOOPBİS) qeydə alınıb.

Leyla Fikrətqızı 
Fins.az