DÜNYA

01 İyul

May ayında ABŞ-da ev satışları azalıb

Milli Rieltorlar Assosiasiyası (NAR) may ayı üçün gözlənilən ev satışları indeksini açıqlayıb. ABŞ-da gözlənilən ev satışları indeksi may ayında 2,7% azalıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, ABŞ-da gözləyən ev satışları indeksi may ayında bir əvvəlki aya görə 2,7% azalaraq 76,5 olub.

Bazar gözləntiləri sözügedən məlumatların 0,2% artması idi. Gözləyən ev satışları aprel ayında aylıq bazda 0,4% azalaraq 78,6 olub.

Gözləyən ev satışları may ayında illik müqayisədə 22,2% azalıb.

Leyla Fikrətqızı 
Fins.az