İstanbulda iyun ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 3,46% topdan satış qiymətləri isə 4,32% artıb.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatlar illik olaraq təhlil edildikdə, dəyişiklik nisbəti pərakəndə satışda 55,19 faiz, topdansatış qiymətlərində isə 64,27% təşkil edib.
Əvvəlki ayla müqayisədə iyun ayında topdan satış qiymətlərində yanacaq-enerji qrupunda 8,36%, tikinti materialları qrupunda 5,71%, emal olunmamış materiallar qrupunda 4,21%, ərzaq məhsulları qrupunda 3,93%, toxuculuq qrupunda 3,30% , və mədən qruplarında 2,21% artım, kimyəvi maddələr qrupunda1,36% azalma olub.
Leyla Fikrətqızı
Fins.az