DÜNYA

01 İyul

Türkiyə yeni Ro-Ro xətləri ilə dəniz ticarətindəki payını artıracaq

Türkiyə dəniz ticarətindəki payını artırmaq üçün Ro-Ro xətlərinə yeni alternativlər inkişaf etdirməyi hədəfləyərkən, gəmi sənayesində yerlilik nisbətini ən az 90% ə çatdırmaq üçün dövlət və özəl sektorlarla əməkdaşlıq edəcək. 

Fins.az "Dünya gazetesi"-nə istinadən xəbər verir ki, Türkiyə dünya dəniz ticarətindəki payını artırmaq üçün Avropa, Aralıq dənizi, Egey və Qara dəniz Ro-Ro xətlərində alternativ marşrutlar inkişaf etdirəcəyi düşünülür. Həmçinin yeni Ro-Ro xətti operatorlarını bazara daxil olmağa təşviq edəcəyi hesab edilir.

Onu da qeyd edək ki, dəniz yolu ilə daşınan yüklərin miqdarı o cümlədən, inkişaf etdiriləcək liman imkanları sayəsində Türkiyənin xarici ticarət imkanları və tutumu artırılacağı nəzərdə tutulub. 

Leyla Fikrətqızı 
Fins.az