DÜNYA

29 İyun

Avropa İttifaqından rəqəmsal avro hazırlığı

Aİ Komissiyası rəqəmsal avronun istifadəsi üçün hüquqi baza yaratmaq üçün tənzimləyici təklifini açıqlayıb. Rəqəmsal avronu Avrozonada geniş şəkildə qəbul edilən təhlükəsiz və rəsmi valyutaya çevirməyi hədəfləyir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, təklifə əsasən, rəqəmsal avro Avropa Mərkəzi Bankı (ECB) tərəfindən buraxılan, ictimaiyyətə açıq olan mərkəzi bank rəqəmsal valyutası olacaq.

Rəqəmsal avro nağd avronun rəqəmsal versiyası kimi istifadə olunacaq. ECB etibarlılığını, dəyərini, sabitliyini və nüfuzunu qoruyaraq rəqəmsal avronun nağd avroya dəyişdirilməsini təmin edəcək. Rəqəmsal avro ilə fiziki şəxslər və müəssisələr mövcud seçimlərə əlavə olaraq rəqəmsal avro ilə də ödəniş edə biləcəklər.

Zəminə Hüseyn
Fins.az