DÜNYA

28 İyun

Aprel ayında ABŞ-da mənzil qiymətləri ucuzlaşıb

ABŞ-da SP CoreLogic Case-Shiller aprel ayı üzrə milli ev qiymətləri indeksi məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, aprel ayında keçən ilin eyni ayına görə ev qiymətləri 0,2% azalıb.

Mart ayında indeks illik müqayisədə 0,7 % artıb. Mənzil qiymətləri indeksi aprel ayında aylıq bazda 0,5 % artıb.

Zəminə Hüseyn
Fins.az